Bell Labs

Bell Labs
Bell Labs
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi məhdud məsuliyyətli cəmiyyət[d]
Sənaye informasiya texnologiyaları, proqram təminatı sənayesi[d], tədqiqat
Təsis tarixi 1925
Struktur
Ana şirkət Nokia
Rəhbərlik
Təsisçi
bell-labs.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nokia Bell Labs, əvvəlcə Bell Telefon Laboratoriyaları (1925–1984)[1], sonra AT&T Bell Laboratories (1984–1996)[2]Bell Labs Innovations (1996–2007)[3], Finlandiyanın Nokia şirkətinə məxsus Amerika sənaye tədqiqat və elmi inkişaf şirkətidir. Baş ofisi Nyu Cersi ştatının Murray Hill şəhərində yerləşir və qlobal laboratoriyalar şəbəkəsini idarə edir.

Bell Labs -ın tədqiqatçıları radioastronomiyasının, tranzistorun, lazerin, günəş bataryası, şarj ilə birləşdirilən cihaz (CCD), informasiya nəzəriyyəsinin, Unix əməliyyat sisteminin və B, CC++, S, SNOBOL, AWK, AMPL və s. proqramlaşdırma dillərinin inkişafı ilə tanınırlar. Bell Labs -da tamamlanan işlərə on Nobel mükafatı verilib.[4]

Bell Labs, Bell System telefon qrupunun mürəkkəb korporativ təşkilatınının törəməsidir. Laboratoriya 19-cu əsrin sonlarında Nyu Yorkda West Street 463 ünvanında yerləşən Qərb Elektrik Mühəndisliyi Departamenti kimi fəaliyyətə başlamışdır. Bell-in törəmə şirkəti olan Western Electric-in nəzdində illər boyu tədqiqat və təkmilləşdirmə apardıqdan sonra Mühəndislik Departamenti 1925-ci ildə Bell Telefon Laboratoriyaları kimi yenidən təşkil edildi və Western Electric ilə Amerika Telefon və Teleqraf Şirkətinin (AT&T) birgə mülkiyyətinə verildi. 1960-cı illərdə laboratoriya və korporativ qərargah Nyu Cersiyə köçdü. Nokia, 2016-cı ildə Alcatel-Lucent-i almasının bir hissəsi olaraq Bell Labs-ı aldı.

  1. "Bell Telephone Laboratories". American Institute of Physics. July 24, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 9, 2019.
  2. "AT & T Bell Laboratories". American Institute of Physics. July 11, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 9, 2019.
  3. "Bell Labs Innovations". American Institute of Physics. September 26, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 9, 2019.
  4. "2018 Nobel Prize in Physics laureate Arthur Ashkin delivers his Nobel Lecture at Nokia Bell Labs". Nokia (ingilis). April 7, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 9, 2020.

Developed by StudentB